İmran Xanın öldürüldüyü bildirilir


“Afganistan Times” qəzeti Pakistanın keçmiş baş naziri İmran Xanın öldürülməsi barədə məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qəzetə Pakistandakı etibarlı mənbə bildirib.
Onun müəmmalı şəkildə öldürüldüyü və meyitinin həbsxanadan çıxarıldığı qeyd edilir.
Ancaq xəbərin rəsmi olaraq təsdiqi yoxdur.
Digər bir Əfqanıstan mediası isə Pakistan ordusundakı anonim mənbəyə istinadən, İmran Xanın 17 gün əvvəl öldüyünü iddia edib.
Bu xəbərlərdən sonra siyasətçinin yüzlərlə tərəfdarı və partiya üzvü Adiala həbsxanasının qarşısında toplaşaraq liderin taleyi ilə bağlı rəsmi izahat tələb edib.
Bu isə Pakistan hökumətini təhlükəsizliyi təmin etmək üçün yüzlərlə əsgər göndərməyə sövq edib.
“İslamabad Post” qəzeti isə öz növbəsində “Təhrik-e-İnsaf” hərəkatının yaraqlılarının Adiala həbsxanasına girməyə cəhd etdiyini bildirib.
Hökumətin həbsxananı qorumaq üçün dərhal əlavə hərbi qüvvələr yerləşdirdiyi bildirilir.
Qeyd edək ki, 2024-cü ilin yanvarında Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və onun həyat yoldaşı Büşra Xanı korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edib.

DİGƏR XƏBƏRLƏR

Top