Pentaqon “Boeing”lə 7 milyard dollarlıq müqavilə imzaladı


ABŞ ordusu Amerikanın “Boeing” korporasiyası ilə 7,1 milyard dollardan çox məbləğdə müqavilə imzalayıb.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu müqavilələrdən biri yeni “Apache AH-64E” hücum helikopterlərinin, bu helikopterlərdə quraşdırılmış radar sistemi olan AN/APG-78  simulyatorlarının və müvafiq avadanlıqların çatdırılmasını əhatə edir.
Agentliyin məlumatına görə, müqavilənin məbləği 4,7 milyard dollardır.
Başqa bir müqaviləyə əsasən, “Boeing” ABŞ Hərbi Hava Qüvvələrinə 2,47 milyard dollara daha 15 ədəd “KC-46A” çoxməqsədli tanker təyyarəsi verəcək.
Qeyd edək ki, keçən il Pentaqon korporasiya ilə 2,38 milyard dollarlıq 15 oxşar tankerin tədarükünə dair müqavilə imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top