Neymar yenə uzunmüddətli zədələndi


Braziliyanın “Santos” klubunun hücumçusu Neymar sol dizindən zədə alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.
Məlumata görə, Neymar Braziliya A Seriyasının 35-ci turunun “İnternasional”la oyunu ərəfəsində sol dizində ağrı hiss edib və oyunu buraxmaq məcburiyyətində qalıb.
Forvardın növbəti oyuna qayıdacağı gözlənilsə də, zədəsi ehtimal olunandan daha ciddi olub.
Nəticədə, Neymar yüksək divizionda qalmaq uğrunda mübarizə üçün həlledici görüşlərdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, bu mövsüm hücumçu “Santos”un heyətində bütün turnirlərdə 25 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.
Xatırladaq ki, Neymarın klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədərdir.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun transfer qiyməti 11 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top