
İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilində genişmiqyaslı antiterror əməliyyatına başladığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyatda IDF ilə yanaşı, İsrail Sərhəd Polisi və İsrail Baş Təhlükəsizlik Xidməti də iştirak edir.
“İsrail təhlükəsizlik qüvvələri terrorun bölgədə kök salmasına imkan verməyəcək və terrorun qarşısını almaq üçün fəal tədbirlər görəcək”, - mətbuat xidməti əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz