
FIFA Prezidenti Cianni İnfantinoya ərəb ölkəsində idmanın inkişafına verdiyi töhfəyə görə Livan vətəndaşlığı verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə çərşənbə axşamı FİFA prezidentini Baabda sarayında qəbul edən Livan Prezidenti Cozef Aun bildirib.
Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı İnfantino Livan Prezidentinə ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatı üçün rəsmi matç topunu, eləcə də FIFA loqosu və 10 nömrəli formanı təqdim edib.
“L'Orient Le Jour” qəzeti FIFA prezidentinə Livan vətəndaşlığının verilməsi qərarının simvolik xarakter daşıdığını bildrib. Belə ki, onu həyat yoldaşı Lina Əl-AşQar livanlıdır.
Baabda sarayındakı danışıqlardan sonra İnfantino FIFA-nın Beyrutda beynəlxalq səviyyəli stadion tikməyi planlaşdırdığını elan edib.
Öz növbəsində Prezident Aun Livan milli komandası üçün müasir təlim-məşq obyektinin və Livan Futbol Assosiasiyasının qərargahının tikintisi üçün torpaq sahəsi ayıracağını vəd edib.
Qeyd edək ki, Livan millisi 2024-cü ildə Qətərdə keçirilən Asiya Kubokunda mübarizə aparsa da, 1/8 finala yüksələ bilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz