
ABŞ Prezidenti Donald Tramp Ceki Çan və Kris Takerin baş rollarda çəkildiyi “Pik saatı” adlı döyüş-komediya filmini geri qaytarmaq istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Semafor” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp şəxsən təkid edib ki, “Paramount”un baş direktoru Larri Ellison franşizanın yeni hissələrinin çəkilişlərini davam etdirsin.
“Semafor” iddia edir ki, ABŞ Prezidenti 1980-1990-cı illərin komediya və döyüş filmlərinin pərəstişkarıdır və bu janrı canlandırmaq istəyir.
Ellisonun şirkəti “Paramount Skydance” “Warner Bros. Discovery” və onun geniş film kitabxanasını aldıqdan sonra başlaya bilər.
Qeyd edək ki, ilk “Pik saatı” 1998-ci ildə ekranlara çıxıb. Rejissoru Brett Ratner olan komediya janrında çəkilmiş film Los-Ancelesdəki Çin konsulunun qızının oğurlanmasını araşdırmaq üçün bir araya gələn İnspektor Li və detektiv Ceyms Karterdən bəhs edir.
Filmdə baş rollarda Ceki Çan və Kris Taker çəkilib. Filmdə Tom Uilkinson, Tsi Ma, Ken Lyun, Elizabet Penya, Mark Rolston, Reks Linn, Kris Penn və Filip Beyker Holl da çəkilib.
2023-cü ilin mart ayında Kris Taker Ceki Çanla “Pik saatı 4”də rol alacağını təsdiqləyib. Franşizada dördüncü hissəyə kimin rejissorluq edəcəyi məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz