
ABŞ quru qoşunları naziri Deniel Driskoll Pit Heqseti ABŞ müdafiə naziri postunda əvəz edə bilər.
Yeniavaz.com xəbər verir ki bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Driskollun Ukraynadakı münaqişənin sülh yolu ilə həlli səylərindəki qeyri-adi rolu onun Pentaqonun rəhbəri postunda Pit Heqseti əvəz edə biləcəyi ilə bağlı fərziyyələri alovlandırıb.
CNN-in məlumatına görə, bu ssenari bir neçə aydır ki, ABŞ administrasiyasında müzakirə olunur.
Qeyd olunur ki, Tramp Driskolla rəğbət bəsləyir və mütəmadi olaraq Ukrayna böhranının həlli üçün atılan addımlar barədə onun fikrini soruşur.
Amerika lideri, digər məsələlərlə yanaşı, ABŞ ordusunda pilotsuz uçuş aparatlarının hazırlanmasına nəzarət etdiyi üçün Driskollu “dron adamı” adlandırır.
Qeyd edək ki, bundan əvvəl Driskoll Kiyevə səfər edib, orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və Cenevrədə ABŞ-Ukrayna danışıqlarında iştirak edib.
Tətbiqimizi yükləyə bilərsiniz