HƏMAS siyasi partiyaya çevrilir?


Fələstinin HƏMAS hərəkatı özünü siyasi partiyaya çevirmək üçün bir neçə liderin irəli sürdüyü təklifi müzakirə edir. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Aşarq al-Avsat” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, HƏMAS-ın bir neçə lideri həyatın siyasi, iqtisadi və sosial sferasında iştirak edə bilən qurum kimi özünü göstərəcək, mövcud siyasi qüvvələrə bənzər siyasi partiyanın yaradılmasını təklif edən sənəd təqdim edib. 
Mənbələr qeyd ediblər ki, sənəd hərəkatın siyasi bürosuna, məşvərət şurasına, ali rəhbərlik şurasına və HƏMAS-ın digər mövcud strukturlarına göndərilib.
Sənəddə həmçinin fələstinlilərin hərtərəfli barışığı tələb olunur və onun müəllifləri Fələstin Azadlıq Təşkilatına qoşulmağı və bu təşkilatda islahatların aparılması səylərində iştirak etməyi təklif edirlər. 
Mənbələrin vurğuladığı kimi, HƏMAS-ın bir neçə lideri tərəfindən irəli sürülən təklif siyasi fəaliyyətə mərhələli keçid məqsədi daşıyır və fələstinlilərə Qəzza müharibəsinin bitməsindən sonra bölgədə yaranan yeni reallığın gətirdiyi dəyişikliklər fonunda öz fundamental prinsiplərinə əməl etməyə imkan verir.
Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. 
Qəzza zolağında atəşkəs oktyabrın 10-dan qüvvəyə minib.

DİGƏR XƏBƏRLƏR

Top