“Türkiyə Rusiya və Ukrayna ilə bağlı səylərini davam etdirəcək” − Ərdoğan


“Ümid edirəm ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskva və Kiyev arasında birbaşa danışıqlar İstanbulda keçiriləcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Könüllülər Koalisiyası” sammiti zamanı videoçıxışı zamanı deyib. 
“Görüşdə Ukrayna-Rusiya müharibəsində baş verən son hadisələr, müharibənin sona çatması üçün atılan addımlar və sülh səyləri müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin ən qısa zamanda ədalətli və davamlı sülhə nail olmaq məqsədi ilə tərəflər arasında birbaşa təmasları asanlaşdırmaq üçün diplomatik səylərini davam etdirəcəyini bildirib. O, İstanbulda tərəflər arasında birbaşa danışıqların keçirilə biləcəyini və Türkiyənin bu məsələ ilə bağlı Ukrayna və Rusiya ilə təmasda olduğunu qeyd edib”, - Prezidentin Kommunikasiya departamentinin yaydığı bəyanatda deyilir.
Bəyanata görə, Ankara hesab edir ki, energetika və liman infrastrukturunu əhatə edən atəşkəs hərtərəfli sülh sazişinin bağlanması üzrə tərəflər arasında danışıqlar üçün əlverişli əsas yarada bilər
Qeyd edək ki, “Könüllülər Koalisiyası”nın onlayn sammitində 35 ölkədən nümayəndə iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top