
Böyük Britaniya atəşkəsdən sonra Ukraynaya qoşun göndərməkdə maraqlıdır.
Yeniavaz.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin sözçüsü Kir Starmer bildirib.
Starmerin sözçüsü qeyd edib ki, Böyük Britaniyanın Baş naziri çərşənbə axşamı səhər Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və onlar koalisiya tərəfdaşlarının hərbi əməliyyatlar dayandırıldıqdan sonra çoxmillətli qüvvələrin yerləşdirilməsinə hazırlaşmaq üçün davam edən işinin vacibliyini müzakirə ediblər.
Xatırladaq ki, ötən həftə “Financial Times” yazıb ki, Tramp administrasiyasının Ukraynadakı münaqişənin həlli planı Ukrayna ərazisində xarici hərbçilərin olmamasını nəzərdə tutur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bundan əvvəl bəyan etmişdi ki, NATO qoşunlarının istənilən bayraq altında və istənilən sifətdə Ukrayna torpaqlarında olması Rusiya üçün təhlükədir. Onun sözlərinə görə, Rusiya heç bir halda bunu qəbul etməyəcək.
Tətbiqimizi yükləyə bilərsiniz