
Paris polisi Luvr soyğununda şübhəli bilinən daha dörd nəfəri həbs edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Bildirilib ki, onlardan biri, quldurluqda birbaşa iştirak edib.
Jurnalistlərin sözlərinə görə, o, bir aylıq müşahidədən sonra həbs edilib. O, quldurluq və sui-qəsddə ittiham olunub.
Daha üç nəfər - bir kişi və iki qadın saxlanılıb. Onlara qarşı konkret ittihamlar bəlli deyil. Paris prokuroru Laure Becco rəsmi olaraq 38 və 39 yaşlı iki kişi və 31 və 40 yaşlı iki qadının saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, noyabrın əvvəlində muzey oğurluğu ilə bağlı daha dörd şübhəli həbs edilib. Onlardan üçünün quldurluqda bilavasitə iştirak etdiyi güman edilir.
Bununla da həbsdə olanların ümumi sayı 8-ə çatıb. Oğurlanmış qiymətli əşyalar hələ də tapılmayıb.
Xatırladaq ki, Luvr oğurluğu muzey artıq açıldıqdan sonra oktyabrın 19-da səhər saatlarında baş verib. Ümumilikdə oğrular imperiya kolleksiyasından doqquz eksponatı, o cümlədən imperator Napoleona və onun həyat yoldaşı Jozefinaya məxsus zinət əşyalarını oğurlaya biliblər. Qaçarkən onlar İmperatorun brilyant və zümrüdlərlə bəzədilmiş tacını yerə atdılar. Muzey oğurlanmış daş-qaşları 88 milyon avro dəyərində qiymətləndirib.
Tətbiqimizi yükləyə bilərsiniz