
“Daha əvvəl ABŞ-Rusiya danışıqlarının keçirildiyi bildirilən Abu-Dabidə Ukrayna nümayəndə heyəti də iştirak edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” məlumat yayıb.
Bildirilib ki, Ukrayna komandasına Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov rəhbərlik edir. Nəşr yazır ki, ukraynalılar Amerika və Rusiya nümayəndə heyətləri ilə danışır.
Həmçinin qeyd edilib ki, Rusiya və Ukrayna kəşfiyyatı arasında danışıqlar əvvəlcə Abu-Dabidə fərqli mövzuda planlaşdırılıb (çox güman ki, sülh prosesi ilə birbaşa bağlı deyil), lakin ABŞ prezidentinin xüsusi elçisi Den Driskollun gözlənilmədən gəlişi vəziyyəti dəyişib.
Driskollun mətbuat xidməti bildirib ki, amerikalılar və ruslar arasında danışıqlar yaxşı gedir və ABŞ nikbin olaraq qalır.
Tətbiqimizi yükləyə bilərsiniz