Qəzzaya Humanitar Yardım Fondu fəaliyyətini dayandırdı


ABŞ və İsrail hökumətləri tərəfindən dəstəklənən Qəzza Humanitar Fondu (GHF) fəaliyyətini dayandırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə fondun mətbuat xidməti məlumat yayıb.
“Əməliyyatlarımızı dayandırdıqca, uyğunlaşma, yerli əməkdaşlıq və hesabatlılığın münaqişə zonalarında humanitar yardımı necə dəyişdirə biləcəyinə dair sübut edilmiş modeli geridə qoyuruq”, - fondun bəyanatında deyilir.
GHF-nin məlumatına görə, dörd ay yarım ərzində fəaliyyət göstərən GHF Qəzzaya 187 milyon yemək çatdırıb və onları anklav sakinlərinə paylayıb.
Mart ayından iyulun sonuna kimi İsrail hökuməti bütün keçidləri bağladığı üçün İsrail hakimiyyəti beynəlxalq humanitar yardımın Qəzza zolağına daxil olmasına mane olub. Zolaq sakinlərinə ərzaq paylanması GHF-nin məntəqələr şəbəkəsi vasitəsilə həyata keçirilib. BMT, GHF orada fəaliyyətə başladıqdan sonra Qəzza zolağında humanitar yardım almağa cəhd edən təxminən 2000 fələstinlinin həlak olduğunu bildirib. 

DİGƏR XƏBƏRLƏR

Top