
“Bakı Metropoliteni” QSC bənövşəyi xətdə qatarların hərəkət intervalını ilk dəfə 5 dəqiqəyədək azaldıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
Bildirilib ki, rəqəmsal həllərin tətbiqi, texniki tənzimləmə və optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb.
Nəticədə “Avtovağzal–Xocəsən” sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.
Tətbiqimizi yükləyə bilərsiniz