
Fransada dünyanın ən yaxşı restoranlarının reytinqi açıqlanıb.
Yeniavaz.com AFP agentliyinə istinadla xəbər verir ki, dünya üzrə ən yaxşı 1000 restoranın daxil olduğu reytinq cədvəli Farnsanın “La Liste” restoran bələdçisi tərəfindən hazırlanıb.
Parisdəki “Prévelle” restoranı “La Liste”nin beynəlxalq qastronomik təsnifatına görə, dünya üzrə 1000 restoran arasında “İlin kəşfi” adına layiq görülüb. Digər Paris restoranı “La Monnaie de Paris” isə eyni təsnifatla doqquzuncu dəfə dünyanın ən yaxşı restoranı seçilib.
Maraqlıdır ki, aşpaz Qay Savoy tərəfindən idarə olunan bu müəssisə 2023-cü ildə məşhur “Michelin Guide”də üçüncü ulduzunu itirməsinə baxmayaraq, siyahının ilk pillsənində qalmağa nail olub.
Ümumilikdə 1000 restoran arasında təmsilçilik baxımından fransız aşpazlar liderliyi yaponlara versələr də, ilk yüzlükdə yenə fransızlar üstünlük təşkil ediblər.
Qeyd edəkj ki, “La Liste” restoran bələdçisi 2015-ci ildə təsis edilib. “La Liste” hazırda 700-dən çox bələdçi və nəşri birləşdirir və 195 ölkədə 20 000 restoranı əhatə edir.
Tətbiqimizi yükləyə bilərsiniz