
Rusiyanın Ukraynaya sonuncu genişmiqyaslı hücumu zamanı 6 pilotsuz təyyarə Moldova hava məkanına daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin Floreşt bölgəsində üzərində Rusiyanın Ukraynaya qarşı müharibəsinin simvolu olan Z hərfi çəkilmiş pilotsuz təyyarə evin damına çırpılıb.
Yerli polis dronun fotosunu sosial şəbəkədə paylaşıb. Hadisə yerinə mütəxəssislər qrupu göndərilib.
Bildirilir ki, daha iki pilotsuz təyyarə Rumıniya hava məkanına daxil olub.
Rusiyanın pilotsuz təyyarələr və raketlərlə Ukraynaya növbəti hücumu dünən gecə başlayıb və səhərə qədər davam edib.
Moldova və Rumıniya ilə həmsərhəd olan Odessa bölgəsi də vurulub.
Tətbiqimizi yükləyə bilərsiniz