Ronaldo dünya çempionatından sonra evlənəcək


Kriştianu Ronaldo və Corcina Rodriqes 2026-cı ilin yayında Madeyra adasında evlənəcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Jornal da Madeira” nəşri məlumat yayıb.
Məlumata görə, toy mərasimi Ronaldonun doğulduğu Funşaldakı kilsədə baş tutacaq və lüks oteldə davam edəcək.
Nəşrin yazdığına görə, Ronaldo iyunun 11-dən iyulun 19-dək davam edəcək dünya çempionatından sonra evlənəcək.
Qeyd edək ki, avqustun 11-də Corcina Rodriqes “Instagram”da Kriştianu Ronaldo ilə evlənəcəyini elan edib.
Xatırladaq ki, Ronaldo və Rodriqes 2023-cü ilin yanvar ayından Səudiyyə Ərəbistanına köçüb. İdmançının modeldən iki qızı var: altı yaşlı Alana Martina və bir yaşlı Bella Esmeralda. Onun digər övladları isə surroqat anadan dünyaya gəlib.

DİGƏR XƏBƏRLƏR

Top