
Xırdalandakı yanğın söndürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, - məlumatda deyilir.
***13:12
Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Bildirilib ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz