
Yeni Zelandiya 2050-ci ilə qədər bütün vəhşi pişikləri məhv etmək barədə qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Yeni Zelandiyanın ətraf mühiti mühafizə naziri Tama Potakaya istinadla məlumat yayıb.
Məlumata görə, vəhşi pişiklər hökumət tərəfindən 2016-cı ildə qəbul edilən və Yeni Zelandiyanın faunasına ziyan vuran yırtıcıların məhv edilməsini nəzərdə tutan “Yırtıcılardan Azad 2050” proqramına daxil edilib.
Proqram qəbul edildikdən sonra ilk dəfədir ki, siyahıya yeni yırtıcı növü əlavə olunub. İndiyə qədər siyahı beş əsas yırtıcı növünü əhatə edib.
Hazırda ölkədə avropalılar tərəfindən gətirilən ev pişiklərinin nəslindən olan 2,5 milyondan çox vəhşi pişik var.
Bəzi ərazilərdə onlar artıq məhv edilir, lakin gələn ilə qədər onların tamamilə məhv edilməsi üçün tədbirlər görülür.
Vəhşi pişiklərin məhv edilməsi planları hakimiyyəti hədsiz qəddarlıqda ittiham edən heyvan hüquqları fəallarının kəskin tənqidinə səbəb olub.
Qeyd edək ki, “Yırtıcılardan Azad 2050” Yeni Zelandiyanın ən böyük təbiəti mühafizə təşəbbüslərindən biridir. Onun məqsədi 2050-ci ilə qədər Yeni Zelandiyanı bütün vəhşi yırtıcılardan tamamilə təmizləməkdir.
Tətbiqimizi yükləyə bilərsiniz