
ABŞ, Ukrayna və Rusiya Əbu-Dabidə bağlı qapılar arxasında danışıqları aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ-nin quru qoşunları naziri Den Driskoll, Ukrayna Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Rusiya nümayəndə heyəti bağlı qapılar arxasında danışıqlar aparmaq üçün Əbu-Dabiyə gəlib.
Rusiya nümayəndə heyətinin tərkibi açıqlanmayıb. Görüşlər bazar ertəsi axşam başlayıb.
Amerika rəsmiləri qeyd edirlər ki, səfər Cenevrədəki intensiv məsləhətləşmələrin məntiqi davamıdır. Burada ABŞ və Ukrayna Tramp administrasiyasının təklif etdiyi 28 bəndlik planı Kiyev üçün daha məqbul olan 19 bəndə endirib. Ancaq ən həssas siyasi məsələlərin prezidentlər səviyyəsində müzakirə olunacağı gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz