Təyyarə qəzası ilə bağlı məlumatlar ilin sonuna kimi təqdim ediləcək


Qazaxıstan hakimiyyəti bu ilin sonunadək Aktau hava limanı yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırma barədə məlumat verəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov brifinqdə bildirib.
“Hazırda bu araşdırma davam edir. Üç aydan sonra ilkin nəticələr müvafiq komissiya tərəfindən tam şəkildə təqdim edilib. Hazırda mürəkkəb ekspertizalardan və çətin işlərdən ibarət daha dərin araşdırma aparılır. Tamamlandıqdan sonra əvvəlki hesabatda olduğu kimi, tam şəkildə təqdim olunacaq”, - Kaliakparov təyyarə qəzası ilə bağlı araşdırmanın müddətinə dair sualı cavablandırarkən deyib.
Bununla belə, o, konkret tarix göstərməyib.
“Hazırda bunun nə vaxt olacağını dəqiq deyə bilmərik. Bu, kifayət qədər ciddi məsələdir, ona görə də, hazırda vaxt qrafikinə zəmanət verə bilmərik. Amma biz bu ilin sonunda press-reliz verəcəyik”, - nazir müavini bildirib.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bəyan etmişdi ki, istintaqın yekun hesabatı bu ilin sonuna qədər hazır olmalıdır. Çünki təhqiqat üçün belə tələblər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydaları ilə müəyyən edilir.

DİGƏR XƏBƏRLƏR

Top