
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 40 yaşlı futbolçusu Kriştianu Ronaldonun bioloji yaşı 28-dir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerikanın “Whoop” şirkəti “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, biomarker testləri futbolçunun metabolik dəqiqliyi ilə seçildiyini göstərir.
Testlərin nəticələrinə görə, oksigenin səmərəli çatdırılması ilə bağlı göstəricilərdə də vəziyyət eynidir.
“Məlumatlar yalan demir”, - deyə Ronaldo “X” sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, Ronaldo beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi və milli komandalar, Avropa Çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində bütün dövrlərin ən yaxşı bombardiridir.
2022-ci ilin dekabrında o, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Ronaldo həmçinin Portuqaliyanın “Sportinq Lissabon”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” və İspaniyanın “Real Madrid” klublarında çıxış edib.
O, 2003-cü ildən Portuqaliya millisində oynayır.
Ronaldo həmçinin 5 dəfə “Qızıl top”u qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz