
ABŞ Pezident Donald Trampın qərarından sonra Ukraynadakı müharibənin maliyyələşdirilməsi dayandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
“Prezident Tramp bu müharibəni maliyyələşdirməyi dayandırdı, lakin ABŞ NATO-ya böyük miqdarda silah satmaqda davam edir. Biz bunu əbədi olaraq edə bilmərik. Prezident bu müharibənin bitməsini istəyir”, - mətbuat katibi bildirib.
Livitt həmçinin Trampın milli təhlükəsizlik komandası ilə Ukrayna nümayəndə heyəti arasında çox məhsuldar danışıqlardan, konkret olaraq dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoffun Cenevrədə keçirdiyi görüşlərdən danışıb.
Mətbuat katibi qeyd edib ki, onlar 28 bəndlik sülh planını hərtərəfli şəkildə işləyə biliblər, yalnız bir neçə fikir ayrılığı qalıb.
Livittin sözlərinə görə, Tramp sülh müqaviləsinin mümkünlüyü ilə bağlı ümidli və nikbindir.
Tətbiqimizi yükləyə bilərsiniz