
Brüs Uillisin ailəsi aktyorun ölümündən sonra onun beynini elm adamlarına bağışlamaq istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Emma Heminq-Uillis yeni kitabında yazıb.
O, emosional cəhətdən çətin, lakin elmi əhəmiyyətli qərardan danışıb. Bildirilib ki, bu, frontotemporal demans adlı nadir bir vəziyyəti öyrənməyə kömək edəcək.
Qeyd edək ki, Uillis bir neçə ildir ki, frontotemporal demensiya (FTD) ilə mübarizə aparır. Onun həyat yoldaşı Emma etiraf edir ki, hər gün yeni bir emosional mübarizə gedir, lakin onlar bir ailə olaraq təkcə onlara deyil, oxşar diaqnozla üzləşən başqalarına da fayda verə biləcək bir yol seçiblər.
O deyir ki, belə bir araşdırma çox vacibdir: ölümdən sonra beyin toxuması elm adamlarına FTD ilə əlaqəli protein anormallıqlarını və genetik mutasiyaları müəyyən etməyə kömək edə bilər və nəticədə bu xəstəliyin diaqnozu və müalicəsini inkişaf etdirə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz