
“Telegram”ın həmtəsisçisi Pavel Durov Fransanın amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində iştirakını ehtimal edir.
Yeniavaz.com xəbər verir ki, o, bunu amerikalı jurnalist Kendis Ouens Kirkin qatili ilə bağlı məlumatını şərh edərkən yazıb.
“Çarli Kirkin Makronun Fransası haqqında söylədiyi hər şeyi nəzərdən keçirərək, Kendisin Fransanın onun ölümündə iştirakı ilə bağlı məlumatını tamamilə inandırıcı hesab edirəm”, - Durov yazıb.
Qeyd edək ki, bir müddət əvvəl amerikalı jurnalist Kendis Ouens “X”də yüksək rütbəli bir Fransa hökumətinin rəsmisi ilə əlaqə saxladığını bildirib. Bu şəxs ona Çarli Kirkin qatilinin bir neçə ölkənin daxil olduğu Fransız legionunun 13-cü briqadasında təlim keçdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz