
Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər həmçinin Ukrayna məsələsini müzakirə ediblər.
“Ukrayna ətrafında vəziyyət, o cümlədən Amerikanın sülh yolu ilə nizamlanması üzrə təklifləri kontekstində fikir mübadiləsi aparılıb”, - bəyanatda deyilir.
Söhbət zamanı Rusiya tərəfi münaqişənin diplomatik yollarla həllində maraqlı olduğunu vurğulayıb.
Ərdoğan da öz növbəsində danışıqlar prosesinə hər cür köməklik göstərmək niyyətində olduğunu və İstanbulu bu məqsədlə platformaya çevirməyə davam etmək niyyətində olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz