
“X” sosial şəbəkəsi “Premium+” abunəçiləri üçün istifadəçi adlarını satmağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, bubarədə Engadget portalI məlumat yayıb.
Portalın məluatına görə, abunəçilər əvvəllər qeyri-aktiv hesablar tərəfindən tutulmuş istifadəçi adları üçün sorğular göndərə bilərlər.
Platforma mövcud istifadəçi adlarını iki kateqoriyaya bölüb: nadir və prioritet.
Nadir adlar bir sözdən, jarqondan və ya minimal sayda simvoldan ibarət ən qiymətli adlar hesab olunur.
İctimai sorğulara əsasən, @memelord, @phone, @gr0k və AIchat kimi adlar potensial olaraq əlçatan hesab olunur.
Nadir adların satılma mexanizmi tam açıqlanmayıb. Müraciətlər üstünlüklərə əsasən seçilir.
Ən çox axtarılanlar isə dəvətnamə ilə satılacaq və qiymətlər 2500 dollardan yeddi rəqəmə qədər dəyişəcək.
Prioritet istifadəçi adları artıq mövcuddur. Ancaq platforma sorğuları rədd etmək hüququnu özündə saxlayır.
İstifadəçilərə hesablarının mövcud olduğu müddəti ərzində yalnız bir dəfə prioritet ad tələb etmək cəhdi verilir.
İstifadəçi adlarını qorumaq üçün “X” ciddi fəaliyyət tələbləri tətbiq edir.
İstifadəçilərdən müntəzəm olaraq məzmun yerləşdirmək, qarşılıqlı ünsiyyətdə olmaq, ən azı 30 gündə bir dəfə öz hesablarına daxil olmaq tələb olunur. Bu şərtlər pozulduqda, platforma istifadəçi adını ləğv etmək hüququnu özündə saxlayır.
Şirkət həmçinin bidirir ki, bütün istifadəçi adları üzərində mülkiyyət hüququnu qoruyur və fəaliyyət qaydalarına əməl olunsa belə, onları istənilən vaxt ləğv edə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz