
“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior qış transfer pəncərəsində klubu tərk edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış insayder Ekrem Konur “X” sosial şəbəkə hesabında bildirib.
Onun məlumatına görə, cinah oyunçusu Los Madrid klubu ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir. Bu isə “Mançester Siti” və “Çelsi”nin marağına səbəb olub.
Vinisius həmçinin Səudiyyə Ərəbistanının bir sıra klublarının da diqqət mərkəzindədir.
Qeyd edək ki, Vinisiusun 25 yaşı var və 2018-ci ildən “Real Madrid”də çıxış edir. Bu mövsüm braziliyalı futbolçu klubda 23 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Vinisiusun “Real Madrid” lə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
“Transfermarkt” portalı futbolçunun transfer qiymətini 150 milyon avro qiymətləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz