Efiopiyada vulkan 10 min il sonra püskürdü – Video


Efiopiyada fəaliyyətsiz olan Hayli Qubbi vulkanı püskürərək, atmosferə böyük kül buludu buraxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “African News” portalı məlumat yayıb.
Məlumata görə, vulkan Efiopiyanın şimal-şərqindəki Afar bölgəsində yerləşir.
Portalın məlumatına görə, bu, ən azı son 10 min ildə qeydə alınan ilk püskürmədir.
Digər tərəfdən, “BNO News” portalı kül buludunun 13,7 km hündürlüyə qalxdığını, Yəmən və Oman istiqamətində hərəkət etdiyini bildirib. Onun İran, Pakistan və Hindistana çatmaq ehtimalı da var.
Son məlumatlara görə, püskürmə dayanıb.
Hadisənin aviareyslərə təsiri barədə məlumat yoxdur.
Vulkanın yaşayış məntəqələrinə zərər verib-verməməsi barədə də məlumat daxil olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top