Gələn ildən təxminən 1,9 milyon insan hər ay 16 manat ödəyəcək


Son günlər mətbuatda və sosial şəbəkələrdə “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliklər geniş müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, təqdim olunan yeni mexanizm 2025-ci ildən qeyri-formal məşğul şəxslərin də aylıq icbari tibbi sığorta haqqı ödəməsini nəzərdə tutur.
Rəsmi məlumatlara əsasən, hazırda Azərbaycanda məşğul əhalinin ümumi sayı 5 milyon 102,6 min nəfərdir. Onların 1 milyon 781,4 min nəfəri muzdlu əmək fəaliyyəti ilə məşğuldur. 1 milyon 435,4 min nəfər fərdi sahibkar kimi qeydiyyata alınıb. Qeydiyyatda olmayan qeyri-formal məşğul əhali isə 1 milyon 886,8 min nəfər təşkil edir.
Qanuna təklif edilən dəyişikliyə əsasən, məhz bu qeyri-formal məşğul şəxslər gələn ildən ayda 16 manat icbari tibbi sığorta haqqı ödəməli olacaqlar. Bu, il ərzində ümumilikdə 362,3 milyon manat əlavə vəsaitin toplanması deməkdir.
Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait 900 milyon manat həcmində nəzərdə tutulub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top