Udo Kir vəfat etdi


“Hollivud”da oynayan alman aktyor Udo Kir 81 yaşında dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
Ölümün səbəbi barədə məlumat verilməyib.
Nəşr yazır ki, Udo Kir 200-dən çox filmdə çəkilib. Ancaq o daha çox Frankenşteyn və Drakula haqqında filmlərdəki rolları ilə tanınıb.
Aktyor həmçinin danimarkalı rejissor Lars fon Trierin “Melanxoliya” (2011), “Doqvil” (2003) və “Qaranlıqda rəqs edənlər” (2000) filmlərində də rol alıb.

DİGƏR XƏBƏRLƏR

Top