“Hikmət Hacıyev bildirdi ki, Bakı üçün müharibə başa çatıb” – Koçinyan


“Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi ki, Bakı üçün müharibə başa çatıb”.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun üzvü Areq Koçinyan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Hacıyev Ermənistan cəmiyyətinə bir neçə mesajın çatdırılmasını xahiş edib.
“Bakı üçün münaqişə başa çadıb. Azərbaycanlılar hazırkı “qeyri-müharibə” vəziyyətindən sülhə keçmək və Ermənistanla hərtərəfli və davamlı sülh qurmaq istəyirlər”, - Koçinyan Hikmət Hacıyevlə söhbətinin təfərrüatlarından danışarkən bildirib.
Koçinyan əlavə edib ki, Hacıyev Azərbaycanın da Ermənistandan heç bir ərazi tələbi olmadığını qeyd edib.
Qeyd edək ki, 21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti Bakıya səfər edib.
Səfər çərçivəsində nümayəndə heyətinun üzvlərini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəbul edib.
Görüş zamanı avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra Azərbaycan və Ermənistanın addımları müzakirə olunub.
Hikmət Hacıyev Ermənistan nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıb.

DİGƏR XƏBƏRLƏR

Top