Tramp bu dəfə taxtda oturmuş portretini paylaşdı


ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında taxt üzərində oturmuş portretini yerləşdirib.
Yeniavaz.com
“Daily Beast”ə istinadla xəbər verir ki, görüntü süni intellekt tərəfindən hazırlanıb.
Portretdə ABŞ Prezidenti Trampın qızıl taxt üzərində qızıl zirehdə əyləşməsi, həmçinin, ayaqlarının altında iki kişinın və bir qadının oturması təsvir edilib.
Şəkildə dövlət başçısı digərlərindən daha böyük görünür.
“Daily Beast”ə görə, Amerika Prezidentinin ayağı altında oturanların demokrat Çak Şumer, Massaçusets senatoru Elizabet Uorren və ipoteka fırıldaqçılığına görə təhqiqat aparılan Kaliforniyadan demokrat senator Adam Şiff olduğu iddia edilir.
Qeyd edək ki, noyabrın 20-də Tramp sosial şəbəkə hesabında Ağ Evin Oval kabinetində Portuqaliya milllisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştianu Ronaldo ilə birlikdə futbol oynaması ilə bağlı süni intellektlə yaradılmış video yerləşdirib.
Noyabrın 18-də Ronaldo Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın səfəri şərəfinə Ağ Evdə keçirilən qala-ziyafətin xüsusi qonaqlarından biri olub.

DİGƏR XƏBƏRLƏR

Top