
Baltik dənizində 20 hərbi gəminin iştirak etdiyi NATO təlimləri başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məluat yayıb.
Məlumata görə. “Frozing Winds 25” (“Soyuq küləklər 25”) təlimi Finlandiya və Estoniyanın Baltik dənizindəki ərazi suları üçün planlaşdırılır.
Təlimlərin noyabrın 24-dən dekabrın 4-dək Finlandiyanın cənubunda, Arxipelaq dənizində və Finlandiya körfəzinin mənsəbində keçiriləcək.
Təlimə Finlandiyanın NATO müttəfiqlərindən, o cümlədən Belçika, Danimarka, Almaniya, Latviya, Litva, Hollandiya, Polşa, ABŞ, Fransa və Estoniyadan 20 döyüş gəmisi və yardımçı gəmilər, həmçinin NATO Daimi Minalara Qarşı Mübarizə Qrupu (SNM1G) iştirak edəcək.
İştirakçıların ümumi sayı təxminən 5000 nəfər olacaq.
“Təlimlərin mövzusuna dəniz kommunikasiyalarının və mühüm infrastrukturun təhlükəsizliyinin təmin edilməsi daxildir”, - Finlandiya Müdafiə Nazirliyi bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz