ABŞ-nin başına 5 milyon qoyduğu “Hizbullah” komandiri öldürüldü


“Hizbullah” hərəkatının rəhbərliyi Beyrutun cənubunda İsrailin hava hücumu nəticəsində hərəkatın komandiri Heysəm Əli Təbtəbavinin öldüyünü təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat hərəkatın xəbər xidmətinin “Telegram” kanalında öz əksini tapıb.
“Hərbi lider Heysəm Əli Təbtəbavi və onun yoldaşlarının şəhadətini təsdiqləyirik”, - deyə məlumatda bildirilib.
Livanın təhlükəsizlik qüvvələrindəki mənbə də “Elnashra” xəbər portalına İsrail Hərbi Hava Qüvvələrinin “Hizbullah”ın qərargah rəisi vəzifəsini tutmuş Heytəm Əli Təbtəbavini öldürdüyünü təsdiqləyib. Mənbənin məlumatına görə, hərbi liderin yerləşdiyi Haret-Horeyk məhəlləsindəki binaya 6 raket atılıb.
Qeyd edək ki, Suriya və Yəməndə “Hizbullah” döyüşçülərinin xüsusi təyinatlı hissələrinə komandanlıq edən Təbtabavi hərəkatın hərbi strukturunda “iki nömrə” sayılırdı. 2024-cü ilin avqustunda o, İsrailin hava hücumunda öldürülən hərəkatın hərbi lideri Fuad Şokru əvəz edib. O vaxtdan bəri Təbtəbavi iki sui-qəsd cəhdinin hədəfi olub.
“Hizbullah” komandiri təhlükəli beynəlxalq terrorçular siyahısında idi və ABŞ onun ələ keçirilməsinə kömək edəcək məlumat üçün 5 milyon dollar mükafat təyin etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top