
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi futbol tarixində 1300 qol və məhsuldar ötürmə göstəricisinə nail olan ilk futbolçu olub.
Yeniavaz.com xəbər verir ki, o, bu nailiyyəti Böyük Futbol Liqasının (MLS) pley-off mərhələsinin 1/4 final oyununda əldə edib.
Belə ki, Messi “Sinsinnati” ilə keçirilən oyunda (4:0) bir qol vurub və üç məhsuldar ötürmə edib.
Bununla da, argentinalı futbolçunun karyerasındakı qolların sayı 896-ya, məhsuldar ötürmələrin sayı 404-ə çatıb.
O, “Barselona”da 941, “İnter Mayami”də 117, “Pari Sen-Jermen”də 66, Argentina millisində isə 176 qol və məhsuldar ötürmə ilə yadda qalıb.
Bunun üçün Messiyə 1135 matç lazım olub.
Qeyd edək ki, “İnter Mayami”nin növbəti rəqibi “Nyu York Siti” olacaq. Qarşılaşma noyabrın 30-a keçən gecə baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz