DOGE fəaliyyətini dayandırdı


Amerikalı milyarder İlon Mask tərəfindən yaradılan ABŞ Hökumətinin Effektivliyi Departamenti (DOGE) səlahiyyət müddətinin bitməsinə səkkiz ay qalmış ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyinə hökumətin kadrların idarə olunması ofisinin rəhbəri Skot Kupor bildirib.
“Belə bir departament yoxdur. DOGE artıq mərkəzləşdirilmiş struktur deyil”, - Kupor qeyd edib.
Personal İdarəetmə Xidməti (OPM) ləğv edilmiş agentliyin bir çox funksiyalarını öz üzərinə götürüb.
Qeyd edək ki, inauqurasiyadan qısa müddət sonra ABŞ Prezidenti Donald Tramp hökumət kadrlarını azaltmaq və bürokratiya ilə mübarizə aparmaq üçün tədbirlər görəcəyini açıqlayıb.
O, həmçinin Maska agentliyin hökumətin səmərəliliyini artırmaq səylərinə nəzarət etməyi tapşırıb.

DİGƏR XƏBƏRLƏR

Top