
Pakistanın Peşəvər şəhərində federal polis qərargahına kamikadze hücumu olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik qüvvələri ilə silahlılar arasında qarşıdurmada iki terrorçu zərərsizləşdirilib.
Bir terrorçu özünü partladıb, digər terrorçu isə polis tərəfindən öldürülüb.
“Reuters” agentliyi xəbər verir ki, partlayış nəticəsində 3 nəfər həlak olub.
Daha üç nəfər - iki hüquq-mühafizə orqanı əməkdaşı və bir mülki şəxs yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz