
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bildirilir ki, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Baloğlan Hüseynəliyev döyüşlərin birində həlak olub. O, Rusiya tərəfdən iştirak etdiyi hərbi əməliyyatlar zamanı dünyasını dəyişib.
Mərhumun ölümü barədə məlumatı Rusiya tərəfi onun ailəsinə təqdim edib. 46 yaşlı Hüseynəliyevin yaxınları hazırda nəşinin Gəncəyə gətirilməsi istiqamətində müvafiq prosedurların həyata keçirilməsi üçün çalışırlar.
Tətbiqimizi yükləyə bilərsiniz