
Bu ilin yanvar-sentyabr aylarında Xankəndi şəhərində özəl sektorda çalışan muzdlu işçilərin orta aylıq əməkhaqqı 571 manat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə Xankəndidə orta aylıq əməkhaqqı 9,4 faiz azalıb.
Qeyd edək ki, son bir ildə Xocalı rayonunda da əməkhaqları aşağı düşüb. Bu rayonda orta aylıq əməkhaqqı 1012,8 manatdan 923,7 manata enərək 8,8 faiz azalma göstərib. Ən böyük azalma isə Xocavənd rayonunda qeydə alınıb. Burada orta aylıq əməkhaqqı 834,5 manatdan 654,7 manata düşüb və bu, 21,5 faiz azalma deməkdir. Şuşa rayonunda da oxşar dinamika müşahidə edilib. Belə ki, Şuşada özəl sektorda çalışan muzdlu işçilərin orta aylıq əməkhaqqı 1132,7 manat təşkil etsə də, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz azalıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz