Ermənistanda zəlzələ olub


Bu gün yerli vaxtla saat 17:35-də Ermənistanın Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi ölkə ərazisində zəif zəlzələ qeydə alıb.
Yeniavaz.com
xəbər verir ki, xidmətin məlumatına görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib və təkanlar Qarni kəndindən təxminən 4 kilometr şimal-şərq istiqamətində müşahidə olunub. Yeraltı təkanlar Kotayk rayonunun Qarni, Qoxt və Qeqard kəndlərində zəif şəkildə hiss olunub. Mütəxəssislər zəlzələnin heç bir təhlükə yaratmadığını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top