Azərbaycan İnvestisiya Holdinqi xarici şirkətdən pay almaq istəyir


Azərbaycan İnvestisiya Holdinqi “The Boston Consulting Group International, Inc.” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN – 1703320871) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, İnvestisiya Holdinq müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında bağlayıb.
Müqavilənin şərtlərinə görə, Azərbaycan İnvestisiya Holdinqi aparıcı xarici şirkətin qeyri-nəzarət payının satın alınması üzrə kommersiya əsaslandırması ilə bağlı “The Boston Consulting Group International, Inc.” şirkətindən məsləhət xidməti alacaq və bunun qarşılığında 414 min 239 manat ödəyəcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top