
Azərbaycan İnvestisiya Holdinqi “The Boston Consulting Group International, Inc.” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN – 1703320871) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, İnvestisiya Holdinq müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında bağlayıb.
Müqavilənin şərtlərinə görə, Azərbaycan İnvestisiya Holdinqi İsrailin “IDE Technologies Group Ltd.” şirkətinin qeyri-nəzarət payının satın alınması üzrə kommersiya əsaslandırması ilə bağlı “The Boston Consulting Group International, Inc.” şirkətindən məsləhət xidməti alacaq və bunun qarşılığında 414 min 239 manat ödəyəcək.
Qeyd edək ki, “IDE Technologies Group Ltd.” İsraildə yerləşən, dəniz və şoran suyun duzsuzlaşdırılması, sənaye və bələdiyyə su müalicəsi sistemlərinin hazırlanması, inşası və işlədilməsi üzrə ixtisaslaşmış bir şirkətdir. Şirkət 1965-ci ildə təsis edilib və İsrailin Kadima şəhərində yerləşir. IDE müxtəlif ölkələrdə layihələr həyata keçirib. Məsələn, ABŞ-də “Carlsbad” duzsuzlaşdırma zavodu, İsraildə “Hadera” və “Sorek” zavodları.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz