"Napoli" - "Qarabağ" oyununu idarə edəcək hakimlər məlum oldu


UEFA Çempionlar Liqasının Liqa mərhələsində V turun “Napoli” – “Qarabağ” oyunu üçün hakim heyəti müəyyənləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, qarşılaşmanın baş hakimi polşalı Şimon Marçinyak olacaq.
Ona yan xətt hakimləri – Tomaş Listkieviç və Adam Kupsik yardım edəcəklər. Görüşün dördüncü hakimi isə Voyçex Mik kimi təyin edilib.
VAR sistemi üzərində nəzarəti niderlandlı Pol van Bokel, AVAR idarəçiliyini isə xorvatiyalı İvan Bebek həyata keçirəcək.
Xatırladaq ki, “Napoli” və “Qarabağ” arasındakı oyun noyabrın 25-də, “Stadio Diego Armando Maradona” arenasında saat 00:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top