Sülh əldə olunsa, Ukrayna-Rusiya sərhədində divar inşa olunacaq – KİV


ABŞ və müttəfiqləri münaqişə sülh yolu ilə həll ediləcəyi təqdirdə Ukraynaya ölkənin şərqində təmas xətti boyunca təhlükəsizlik divarının tikintisinə kömək etməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” (WP) adı açıqlanmayan amerikalı məmura istinadən yazıb.
Bildirilib ki, divarın inşası zamanı qabaqcıl texnologiyalardan istifadə olunacaq.
“KİV-də bunun əksi istiqamətində məlumatlar dərc olunsa da, Donald Tramp administrasiyası Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsinə 100% sadiqdir”, - sözügedən məmur bildirib.

DİGƏR XƏBƏRLƏR

Top