Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində 90 nəfər ölüb


Vyetnamda ard-arda bir neçə gün davam edən leysan yağışlarının daşqınlara və torpaq sürüşmələrinə səbəb olmasından sonra azı 90 nəfər həlak olub, daha 12 nəfər isə itkin düşüb.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, Vyetnam hökuməti ölkə üzrə 186 min evə ziyan dəydiyini və üç milyondan çox heyvanın tələf olduğunu açıqlayıb.
Bildirilir ki, ən ciddi zərəri dağlıq Daklak vilayəti görüb. Belə ki, 16 noyabrdan bəri burada 60-dan çox insanın ölümü qeydə alınıb.
Cümə gününə olan məlumata görə, bir neçə bölgədə yağıntının miqdarı 1,5 metri, bəzi yerlərdə isə 5,2 metri keçib ki, bu da 1993-cü ildən bəri müşahidə olunmayıb. Proqnozlara görə, yaxın günlərdə yağışlar dayanacaq.

DİGƏR XƏBƏRLƏR

Top