
“Əgər son müharibə daha iki həftə davam etsəydi, İsraildən heç nə qalmazdı”.
Yeniavaz.com “Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nümayəndəsi, briqada generalı Əli Məhəmməd Naeyni deyib.
O bildirib ki, 12 günlük müharibə zamanı İranın strategiyası yalnız öz imkanlarına əsaslanıb.
Naeyni deyib ki, bu yanaşma İrana düşməni məğlub etməyə imkan verib:
“İran Silahlı Qüvvələri son dörd onillik ərzində daimi təhdidlərlə üzləşib və bunun nəticəsində müdafiə yönümlü, insan resurslarına əsaslanan, müstəqil və assimmetrik güc yığımı doktrinası formalaşıb. Bu doktrina səkkizillik İran-İraq müharibəsindən sonra yaradılıb”.
Tətbiqimizi yükləyə bilərsiniz