ABŞ Maduronu devirməyə hazırlaşır – KİV


ABŞ yaxın günlərdə Venesuelaya qarşı tədbirlərin yeni mərhələsini başlatmağa hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bunu dörd amerikalı rəsmi “Reuters”ə bildirib.
Nəşr yeni tədbirlərin dəqiq vaxtını və miqyasını, eləcə də ABŞ Prezidenti Donald Trampın onların başlanmasına dair yekun qərar verib-vermədiyini müəyyənləşdirə bilməyib.
“Son həftələrdə gözlənilən tədbirlər barədə xəbərlər artıb, çünki ABŞ silahlı qüvvələri Venesuela ilə münasibətlərin pisləşməsi fonunda Karib hövzəsində yerləşdirilib.
İki amerikalı rəsmi qeyd edib ki, gizli əməliyyatlar böyük ehtimalla Venesuela Prezidenti Nikolas Maduraya qarşı yeni kampaniyanın ilk hissəsi olacaq. Müzakirə olunan variantlar arasında Maduronu devirməyə cəhd də var. Administrasiyanın yüksək vəzifəli bir rəsmisi isə şənbə günü Venesuela məsələsində heç bir variantın istisna edilmədiyini bildirib”,- nəşr yazır.
“Prezident Tramp ölkəmizə narkotik axınını dayandırmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün Amerika hakimiyyətinin bütün imkanlarından istifadə etməyə hazırdır,” – deyə rəsmi bildirib.
Rəsmilərin sözlərinə görə, ABŞ bazar ertəsi günü “Kartel de los Soles”i ABŞ-yə narkotiklərin qanunsuz gətirilməsindəki ehtimal olunan roluna görə xarici terror təşkilatı elan etməyi planlaşdırır. Tramp administrasiyası Maduronu “Kartel de los Soles”ə rəhbərlik etməkdə ittiham edib, lakin o, bunu təkzib edib.
Qeyd edək ki, 2013-cü ildən hakimiyyətdə olan Maduro qanunsuz narkotik ticarəti ilə hər hansı əlaqəsi olduğunu inkar edir. O iddia edir ki, Tramp onu devirməyə çalışır və Venesuela vətəndaşlarının və hərbçilərinin belə cəhdlərə qarşı çıxacaqlarını bildirir.

DİGƏR XƏBƏRLƏR

Top