Sabah Bakıda 20 dərəcə isti olacaq


Noyabrın 24-də gözlənilən hava proqnozu açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:
“Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % olacaq.
Noyabrın 24-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top