
Argentina G20-nin yekun sənədini dəstəkləməkdən imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Argentina Yohannesburqda keçirilən G20 liderlərinin sammiti zamanı yayılan yekun sənədi dəstəkləməyib”, - məlumatda deyilir.
Bildirilib ki, bu qərar G20-nin fəaliyyətini tənzimləyən konsensus qaydalarının pozulması, eləcə də geosiyasi məsələlərlə bağlı fikir ayrılıqları ilə bağlıdır:
“Ölkəmiz təəssüflənir ki, yekun sənəd bütün forum üzvlərinin, o cümlədən Argentina və digərlərinin konsensusu olmadan təsdiq edilib”.
Qeyd edək ki, G20 samiiti Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz